Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.
Sonxeberler.info xəbər verir ki, toplantıda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun hər il ictimaiyyət qarşısında geniş hesabatla çıxış etdiyini bildirib və ötən ildə görülən işlərlə bağlı danışıb. O həmçinin bildirib ki, Şura 2012-ci ildə “Peşə birlikləri haqqında” və “Sosial sifarişlər haqında” qanun layihələrini hazırlayaraq Milli Məclisə təqdim edib. Hər iki qanun layihəsinin müzakirəsi Milli Məclisin 2018-ci il fəaliyyət planına daxil edilib.
Dəqiqləşdirmələrimiz zamanı bəlli oldu ki, hər iki qanun layihəsi Azay Quliyevin təşəbbüsü və onun özü tərəfindən hazırlanaraq parlamentə təqdim edilib. 2018-ci ilin fəaliyyət planı çərçivəsində həmin qanun layihələrinin müzakirə edilərək, qəbul olunacağı gözlənilir.
Sonxeberler.info