SON DƏQİQƏ

ABŞ-da relsdən çıxan qatar sürət həddini üç dəfə aşıb

Tarix:19-12-2017, 17:29

ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası Sietl rayonunda relsdən çıxan qatarın bilavasitə qəzadan öncə yolun saatda maksimum 50 kilometr sürət həddi olan hissəsində 130 kilometr sürətlə hərəkət etdiyini bildirib.

 

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, qatarın qəza anındakı sürəti barədə məlumat lokomotivdən götürülmüş özüyazan qurğudan əldə olunub.

 

Xatırladaq ki, “Amtark” kompaniyasına məxsus qatar ABŞ-ın Vaşinqton ştatının Olimpiya və Leykvud şəhərləri arasında dəmiryol körpüsü üzərində relsdən çıxıb. Vaqonların ikisi körpüdən aşaraq avtomobil yoluna düşüb. Qəza nəticəsində azı 6 nəfər həlak olub, 70 nəfərdən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN