Suriya Prezidenti Bəşər Əsəd bayram namazını İŞİD-dən geri alınan şəhərdə qılıb.
Axar.az xəbər verir ki, Suriyanın dövlət televiziyası Kalamunun qərbindənki Qara şəhərdə yerləşən məsciddə namaz qılan Bəşər Əsədin görüntülərini yayıb. Məscidin imamı Bəşər Əsədə “xalqdan və ordudan dəstək alan gücünüz və səbriniz üçün təşəkkür edirik. Sizin sayənizdə təhlükəsizliyimizə qovuşuruq”,-deyə təşəkkür edib.
Qeyd edək ki,ötən həftə Suriya ordusu Qara şəhəri İŞİD-dən geri almışdı.
