SON DƏQİQƏ

Lukaşenko: "Bəhanələr yetər: gəlin, özünüz baxın"

Tarix:5-09-2017, 16:32

"Sonradan artıq suallar verilməməsi üçün hər kəsi Rusiya-Belarus təlimlərinin gedişatını müşahidə etməyə dəvət edirik".

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Prezident təlimlərdə məqsədlərinin hücum olmadığını bildirib.

“Kiməsə hücum etməyə hazırlaşmırıq. Təlimlərdə müşahidə aparmaq istəyən, demək olar ki, hər kəsi dəvət etmişik. Qoy gəlib baxsınlar. Xəbərdarlıq edirəm, bəhanələr yetər. Təlimlərimiz müdafiə xarakteri daşıyır”, - Lukaşenko “Qərb-2017” təlimlərindən danışarkən qeyd edib.

Qeyd edək ki, “Qərb-2017” təlimləri sentyabrın 14-20 tarixləri arasında Belarusda və Rusiyanın 3 poliqonunda keçiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN