Erməni milyarder Levon Ayrapetyanın cənazə mərasimində Ermənistan siyasi elitasından heç kim iştirak etməyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak”qəzeti yayıb.
Qəzet mərasimdə yalnız qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyan və bütün ermənilərin katalikosu II Qaragenin kiçik qardaşı arxiyepiskop Yezras Nersisyanın iştirak etdiyini bildirib.
Qeyd edək ki, Ayrapetyan bir müddət öncə Rusiya həbsxanalarından birində ölüb. O, Ermənistan diasporunun ən məşhur üzvlərindən sayılırdı. Qarabağda anadan olan Ayrapetyan qondarma rejimin ən böyük dəstəkçilərindən biri idi.