SON DƏQİQƏ

Şimali Koreya bioloji silah üzərində də çalışır - İddia

Tarix:25-10-2017, 11:35

Şimali Koreya hökuməti nüvə silahı ilə yanaşı, bioloji silah üzərində də çalışır.

Axar.az xəbər verir ki, bu barədə Harvard Universitetinin Belfer Araşdırma Mərkəzinin hesabatında deyilib.

Şimali Koreyadan qaçaraq Cənubi Koreyaya sığınan şəxslərlə görüşən amerikalı tədqiqatçılar Pxenyanın 1960-cı illərdən bəri bioloji silah üzərində çalışdığını iddia edib.

Hesabatda bildirib ki, Şimali Koreyanın 3 bioloji silah yaratmaq üçün zavodu və bununla bağlı 7 araşdırma mərkəzi var.

Pxenyan Biotexniki İnstitutunun bu mərkəzlərdən biri olduğu deyilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN