Donald Tramp Tvitterdə yazmağı dayandırmalı və problemləri həll etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Demokratlar Partiyasının Senatdakı lideri Çak Şumer jurnalistlərə açıqlamasında deyib.
“Biz bu prezidentin liderliyini görmürük. Biz yalnız onun Tvitterdə yazdığını və problemləri daha da ağırlaşdırdığını görürük. Amerikalılar bunu istəmir. Mən tövsiyə edirəm ki, prezident çoxsaylı düşmənlər tapmaq əvəzinə qollarını çırmalayıb, problemlərin həllinə səy göstərməlidir”, - Şumer bildirib.