SON DƏQİQƏ

Rusiya İŞİD-in Suriyadakı obyektlərinə aviazərbələr endirib

Tarix:26-09-2017, 13:13

Rusiyanın TU-95MS bombardmançı təyyarələri İŞİD və “ən-Nüsra” terror təşkilatlarının Suriyadakı obyektlərinə zərbələr endirib.

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, Rusiyada ərazisindən havaya qalxan təyyarələr İran və İraq üzərindən uçub. TU-95MS təyyarələri Suriya səmasında olarkən İŞİD-in Deyr-əz-Zor və İdlib əyalətlərində yerləşən obyektlərini bombalayıb.

Aviazərbələr nəticəsində terrorçuların komanda-qərargah məntəqələri və texnikası məhv edilib.

Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, məhv edilmiş obyektlər yaşayış məntəqələrindən, habelə ABŞ xüsusi təyinatlılarının yerləşdiyi məntəqələrdən uzaq olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN