SON DƏQİQƏ

ABŞ koalisiyası Suriya Silahlı Qüvvələrinin təyyarəsini vurub

Tarix:19-06-2017, 10:35

ABŞ başda olmaqla Koalisiya Qüvvələri bazar günü Rəqqada Suriya HHQ-nin təyyarəsini vurub. SonXəbərlər-in məlumatına görə, bu barədə SANA informasiya agentliyi xəbər yayıb.

 

«Rəqqa şəhəri yaxınlığında İŞİD-ə qarşı hərbi tapşırığı yerinə yetirən təyyarəmiz vurulub», - deyə Suriya Müdafiə Nazirliyi xəbər verib.

 

Qurum bildirir ki, pilotun taleyi barədə məlumat yoxdur.

 

Rəsmi Dəməşq təyyarənin vurulmasını Suriya ordusu və müttəfiqlərinin  uğurları fonunda nümayiş olunan məqsədyönlü təcavüz kimi qiymətləndiriblər.

 

«Bu göstərir ki, ABŞ və onun koalisiya müttəfiqləri  terrorçulara dəstək verir», - deyə Müdafiə Nazirliyində vurğulanıb.

 

Xatırladaq ki, aprelin əvvəlində ABŞ Aralıq dənizindən öz gəmilərindən Suriya ordusunun bazasına 59 «Tomoqavk» raketi atmışdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN