Sonxəbərlər internet qəzeti verdiyi məlumata görə, Yaponiya Özünümüdafiə Qüvvələri ilk dəfə olaraq Yaponiyanın təhlükəsizliyini təmin edən Amerika Donanmasının gəmilərinin mühafizəsi üçün yollanıb. Mayın 1-də səhər Helikopterdaşıyıcı «İdzumo» Kanqava rayonunda Yokosuka bazasını tərk edərək Filippin sahillərinə 3 aylıq səfər eib. NHK telekanalının məlumatına görə yolda o, ABŞ HDQ gəmilərinin müdafiəsi əməliyyatlarını həyata keçirəcək.
Qeyd edək ki, Yaponiya qanunvericiliyində ötən ilin mart ayında edilən dəyişikliyə əsasən, ölkənin gəmiləri Yaponiyanın təhlükəsizliyinin təminində iştirak edən ABŞ və digər ölkələrin silahlandırmasını müdafiə tapşırıqlarını yerinə yetirə bilər. Onlara hətta dinc vaxtlar belə əsas olarsa məhdud miqyasda silah istifadə etmək imkanı verilib.
Özünümüdafiə Qüvvələri vaxtında şübhəli hava və dəniz gəmilərini müəyyən etmək üçün Amerika gəmilərinin ətrafındakı əraziləri müşahidə edəcək.