Əziz oxucular!
Azərbaycan qədim devirlərdən elmə təhsilə böyük qiymət verdiyi diyarlardan biri olduğu üçün, xalqımızın Dədə qorqud, imadətdin Nəsimi, Nizami Gəncəvi, kimi yazarları, Üzeir hacıbəyov, Qara Qarayev kimi musiqiciləri hər zaman xalqımıza bir mayak kimi yol göstərib, günümüzdə də xalqına, dövlətinə sədaqətlə yo göstərən müəllimlərimizdən biridə, Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğludur.
Həyatını təhsilə həsr edən Xurşudov Şahin Nadir oğlu, həyatının birinci yarsını elim və təhsilin öyrənilməsinə və araşdırılmasına həsir edib, bu günə qədər öyrəndiklərini, Gəncə Dövlət Universitetində balalarımıza ötürməkdədir.
Şahin Xurşudov şirin dilli, sadə və mehriban bir insan olsada, vəzifəsinə məsuliyyətlə yanaşan tələbkar bir şəxsiyyətdir.
Bildiyiniz kimi Bu gün 5 oktyabr Beynəlxalq müəllimlər günüdür. Bizdə bu fürsətdən istifadə edib, bizim Şahin müəllimlə sizi yaxından tanış edirik.
Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlu.
2 – sentyabr, 1970 - ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində ziyalı ailəsində anadan olub. 1987 - ci ildə həmin kənddəki orta məktəbi əla qiymətlərlə bitirib. Həmin ildə Azərbaycan Texnologiya İnstitutuna (indiki Azərbaycan Texnologiya Universiteti) daxil olub və 1992 - ci ildə oranı Lenin təqaüdü və fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Elmi Şuranın qərarı ilə Azərbaycan Texnologiya Universitetində laborant vəzifəsində çalışıb. 1994-2000 - ci illərdə Gəncə Elm - Təhsil Mərkəzinin Yeyinti Sənaye İnstitunda dekan müavini, kafedra müdiri vəzifələrində işləyib. 1998 - ci ildə Azərbaycan Elmi - Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili İnstitunda “Aqrar - sənaye kompleksinin iqtisadi səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru üzrə elmi dərəcəsi alıb. 2001 - 2007 - ci illərdə Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent əvəzi və dosent vəzifələrində çalışıb.
2007 - ci ildən Gəncə Dövlət Universitetində, dekan müavini, “Təcrübə və karyera” şöbəsinin müdiri və 2013-cü ildən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışır.
2013 - cü ildən ADAU-nin “Aqrobiznesin təşkili və idarəedilməsi” kafedrasının doktorantıdır. “Aqrobiznesin idarə edilməsinin təkmilləşdirilməsi problemləri” mövzusu üzərində doktorluq dissertasiyasını yerinə yetirir.
2014 - cü ildə Türkiyə və Orta Doğu Amme idarəsi Enstütüsü tərəfindən “Yüksək öğretim yönetimi” seminarında iştirak etmiş və sertifikat almışdır.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli 634 №-li sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunub.
63 elmi məqalə, 2 dərslik və 1 dərs vəsaiti müəllifidir.
1998 - ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Şahin Xurşudov Tabeçiliyində olan şəxslərlə yanaşı Gəncə Dövlət Universitetində təhsil alan tələbələrlədə sıx, meyriban və səmimi ünsiyyət qurduğu üçün, Gəncə Dövlət Universitetində çalışan və ya təhsilalan hərbir kəsin rəğbətini qazanıb.
Şahin Xurşudov mətbuat işçiləri ilədə gözəl münasibəti var.
Bizdə redaksiyamızın adından, Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Xurşudov Şahin Nadir oğlunu “Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə tənrik edib, Şahin müəllimə uzun ömür,Can sağlığı və bol ruzi arzu edirik.