SON DƏQİQƏ

Rusiyada əcnəbilərə verilən cəzaların sayı ARTIB

Tarix:20-04-2024, 19:32

2023-cü ildə Rusiyada cinayət işləri üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki illə müqayisədə 2,6% artıb. Onların sayı 22,3 min nəfər olub.
Xəbər verir ki, bu barədə RBK Ali Məhkəmənin statistikasına istinadən məlumat yayıb.
Bu statistika miqrantlar arasında cinayət nisbətini əks etdirir, baxmayaraq ki, məhkum olunanlar arasında Rusiyaya qısa müddətə gələn əcnəbilər də var.
Rusiyada müttəhimlər kürsüsündə olanların ümumi sayından məhkum edilmiş əcnəbilərin sayı 4% təşkil edib.
Onların arasında 20,5 min nəfəri MDB vətəndaşlarıdır. Qeyd olunur ki, bu rəqəm son üç ilin ən yüksək göstəricisidir. Belə ki, 2021-ci ildə Birlik ölkələrinin 17,5 min, 2020-ci ildə isə 14,5 min vətəndaşı məhkum edilib.
RBK-nin məlumatına görə, əksər hallarda xarici vətəndaşlar saxta sənədlərin hazırlanması və ya satışı ilə bağlı məsuliyyətə cəlb olunublar. Bu maddənin bütün müddəaları üzrə 4895 məhkum olunan şəxs var.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN