SON DƏQİQƏ

Təsəlli

Karikatura

Skopye toplantısı Rusiyanın zəfəridirmi?

Tarix:2-12-2023, 20:15

ATƏT-in 30 noyabr- 1 dekabr tarixlərində Skopyedə nazirlər səviyyəsində iclası ətrafında iki böyük sual dolaşırdı. Birincisi o idi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qurumun 57 üzvünün iclasına qatılacaqmı? İkincisi isə, 2024-cü il üçün ATƏT-in birillik sədri vəzifəsini kim üstlənəcək? Bu məsələ qurumda dərin ziddiyyət yaramışdı.
Toplantıdan öncə bəlli oldu ki, Rusiya iclasa gedir, gələn il quruma istədiyi ölkənin sədrlik etməsi üçün veto hüququndan istifadə edəcək. ATƏT Rusiyanın Avropada üzv kimi qaldığı yeganə təşkilatdır.
AzadlıqRadiosunun müxbiri Rikard Cozviak məqaləsində 2022-ci ilin dekabrında ATƏT-in Polşada oxşar iclasına Lavrovun buraxılmamasını yada salır. ATƏT-in 2022-ci ildə sədri olan Varşava bunu Lavrovun Aİ-nin sanksiya siyahısında olması ilə əsaslandırıb. Rusiya həmin ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan belə bir sanksiya siyahısı açıqlanıb. Polşa onda təkbaşına hərəkət etdi, görüşə bir neçə həftə qalmış qadağanı açıqladı. Ölkənin Daxili İşlər Nazirliyinin bunu etməyə hüququ vardı.

Lavrov özü ilə həkimini də aparır

Eyni hüquq ATƏT-in sədri vəzifəsini icra edən Şimali Makedoniyaya da aiddir. Aİ-yə namizəd olan bu ölkə indiyədək blokun Rusiyaya qarşı sanksiyalarına qoşulub. Amma burda bir məqam var: Aİ Lavrovun ancaq aktivlərini dondurub, ona viza qadağası qoymayıb. Hətta viza qadağası olsa belə, Aİ üzvləri və namizəd ölkələr liderlərin, diplomatların beynəlxalq görüşlərdə iştirakına imkan vermək üçün onu ləğv edə bilər.
Şimali Makedoniya artıq Lavrovun reysinə icazə verdiyini açıqlayıb, Bolqarıstan da onun Skopyeyə gedərkən hava məkanından keçməsinə icazə verib.
S.Lavrov Skopyedə
S.Lavrov Skopyedə
Cozviak ATƏT-dəki mənbələrə istinadla yazır ki, Rusiyanın nümayəndə heyətində 85 nəfər ola bilər. Xarici işlər naziri şəxsi həkimini, müavini Aleksandr Qruşkonu, Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanı, böyük təhlükəsizlik xidmətini və 24 rusiyalı jurnalisti özü ilə aparır.
Skopyenin qərarını ATƏT-in bir çox üzvünün bəyənəcəyi ehtimalı var. Bəziləri deyirdilər ki, Rusiyanın iştirakının gələn ilin sədrinin razılaşdırılması və seçilməsinə, qurumda əsas vəzifələrə təyinata faydası dəyə bilər. Bu vəzifələrə baş katib də daxildir.

Sədrlik Maltaya keçə bilər

ATƏT-ə gələn il kimin sədrlik edəcəyi artıq həll olunmuş məsələ kimi görünür. 2020-ci ildə ərizəsini təqdim etmiş Estoniya bir müddət bu posta yeganə namizəd idi. Ancaq Rusiya Tallinin namizədliyini rədd edib, bu il də oxşar addım atıb. Moskva deyib ki, Şimali Makedoniya və Polşadan sonra daha bir NATO üzvünün sədr olmasını istəmir.
Ancaq Rusiyanın etirazlarına baxmayaraq, Estoniya namizədliyini geri götürmədi, həm də ATƏT üzvləri olan 26 Aİ üzvünün tam dəstəyini aldı.
Di gəl, toplantı yaxınlaşdıqca Vyanadakı ATƏT diplomalarının canına vəlvələ düşürdü. Axı, 2024-cü ilə sədrsiz girmək ehtimalı yaranmışdı. Bu post isə iclasların aparılması, prioritetlərin qoyulması, üzv ölkələr arasında razılaşmaların əldə olunması baxımından vacibdir. Normalda ATƏT-in sədri azı bir il öncədən yekdilliklə razılaşdırılır.
Avstriyanın paytaxtı Vyanada ATƏT Daimi Şurasının girişi qarşısında bayraqlar dalğalanır
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN