SON DƏQİQƏ

Təsəlli

Karikatura

Niderland seçkisində ifrat millətçi Gert Vildersin partiyası irəlidədir

Tarix:25-11-2023, 20:46

Niderlandda keçirilən parlament seçkisində ilkin məlumatlara görə Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) qalib gəlmək üzrədir. Bu partiyanın son çağırışda olduğundan iki dəfə çox səs toplayacağı gözlənilir.
Bülletenlərin 98 faizinin sayılmasından sonra Azadlıq Partiyasının 150 yerlik parlamentə 37 mandat qazandığı məlum olub. Bu da qeyd olunmalıdır ki, seçkidən əvvəl keçirilən rəy sorğuları belə bir nəticə göstərməmişdi.
Leyboristlərlə “yaşılların” GroenLinks-PvdA partiyasının 25 yer qazandığı görünür. Bu partiyanın lideri Frans Timmermans Avropa Komissiyası sədrinin kerçmiş müavinidir.
Hazırda baş nazirin səlahiyyətlərini icra edən Mark Rüttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) parlamentə 24 mandat qazana bilib.
Seçkidə ümumilikdə 26 partiya iştirak edir. Onlardan 15-nin parlamentə keçəcəyi gözlənilir.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN