SON DƏQİQƏ

Təsəlli

Karikatura

Sorğu: Amerikalıların təxminən yarısı Ukraynaya həddən artıq pul xərcləndiyini düşünür

Tarix:25-11-2023, 20:44

Amerikalıların təxminən yarısı Ukraynaya həddən artıq pul xərcləndiyini düşünür.
The Associated Press agentliyi və NORC İctimai Məsələləri Araşdırma Mərkəzinin apardığı sorğuda belə bir nəticəyə gəlinib.
AP yazır ki, Konqresdəki sərt xətt-hərəkət tərəfdarı respublikaçıların Kiyevə yardım göstərilməsinə getdikcə artan müqaviməti həm də bununla izah oluna bilər. Mühafizəkar respublikaçılar deyirlər ki, bu pullar ABŞ-ın daxili problemlərinə xərclənsə daha yaxşı olardı.
Bununla belə Ukraynaya yardıma qarşı çıxanların faizi AP-NORC-un bir ay əvvəl keçirdiyi sorğudakından bir qədər azdır. Hazırda hökumətin Ukraynaya qədərindən artıq pul xərclədiyini düşünənlər 45 faiz təşkil edir, halbuki oktyabrda bu rəqəm 52 faiz idi.
AP yazır ki, bu azalmanın özü də respublikaçılara görə baş verib. Hazırda onların 59 faizi Ukraynaya yardımların əleyhinədir, amma bir ay əvvəl bu rəqəm 69 faiz idi.
Buna baxmayaraq respublikaçılar arasında Kiyevə yardıma müqavimət güclü olaraq qalır.
Yetkin yaşlı amerikalıların 38 faizi düşünür ki, hazırda Ukraynaya xərclənən məbləğlər “yetərincədir”. Ötən ay belə düşünənlər 31 faiz idi. Respublikaçılar arasında hər 10 nəfərdən üçü (29 faiz) bu qənaətdədir. Ötən ay bu rəqəm 20 faiz idi.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN