SON DƏQİQƏ

Əliyevlər Rəsulzadə davamçılarına nifrət edir.

Tarix:11-02-2022, 13:19

Niyə İlham Əliyev bütün fürsətlərdə Rəsulzadənin və onun qızıl komandasının əleyhinə danışır? Bunun hansısa sirrləri varmı?


İlk səbəb, əlbəttə, dərhal hamının ağlına gələn «şəffaf» bir müqayisədir. Heydər Əliyevin təbliği- daşlarla- kağızlarla, pulla, qızılla, nəhayət, neftlə təbliği üçün milyardlar xərclənib. Adının əvvəlində inzibati leksikonda kəsəkləşmiş «ulu öndər» epiteti bərkidilib və protokol ədatına çevrilib. Amma faydası yoxdur. Heydər Əliyev Rəsulzadə ilə müqayisədə çox xırda görünür. Həm də hansı müqayiəsdə:
-Heydər Əliyevin özü və sülaləsi Azərbaycanı 50 ildir ki, idarə edir. 50 ildir ki, adamı «dünya şöhrətli» və buna bənzər sağlıqlarla siyasi gündəmdən yayıb ictimai deyim tərzinə çevrimək istəyirlər, amma cəhdlər boşa çıxır, dünya şöhrəti əvəzinə dünya ironiyası, istimai sayğı əvəzinə ictimai həqarət yaranıb. Rəsulzadə isə cəmi iki il hökumət başçısı da deyil, hakimiyyətdə olan bir partiyanın parlamentdə fraksiya rəhbəri olub.
-Rəsulzadə və onun komandası 100 il işğal altında olan bir müstəmləkə ərazisində müstəqil dövlət yaradıb, bu dövləti özündən sonrakı işğalçıların siyasi vahid kimi da qəbul etməsinə nail olub, ümumxalq sevgisinin mərkəzində dayanıb; Heydər Əliyev və sülaləsi isə 50 ildir ki, həmin dövlətin hüquqi və siyasi varisi olan dövləti talamaqla, soyub- yeməklə, əhalisini isə istismar etməklə ümumxalq nifrəti qazanıb.
-Rəsulzadənin adı Şərqin ilk demokratik respublikasının banisi kimi tarixə düşüb, Heydər Əliyevin adı isə Şərq despotlarının siyahısında ortadan sonrakı yerlərdən birində gəlir.
-Rəsulzadə, bundan 100 il sonra da Azərbaycan tarixinin ən önəmli və parlaq şəxsiyyətləri sırasında xatırlanacaq, Heydər Əliyevin xatirəsi isə Əliyev sülaləsinin hakimiyyətinin ömrü qədər yaşayacaq, ondan sonra pis yuxu kimi qısa müddət rahatsızlıq yaradıb birdəfəlik unudulacaq.
-Rəsulzadə öz dövrünün siyasi- ədəbi, tarixi- elmi biliklərini və təcrübələrini mənimsəyərək böyük siyasətə gəlib, Heydər Əliyev isə öz dövrünün saray intirqalarını, KGB metodlarını öyrənərək, repressiya alətlərini tətbiq edərək siyasətdə qalıb.
-Rəsulzadəni siyasətə gətirən milli- ictimai mənafelər olub, Heydər Əliyevi siyasətə gətirən şəxsi imtiyaz və səlahiyyət uğrunda çəkişmələr olub.
-Rəsulzadə şəxsi sayılacaq bütün mənafelərini Vətən və millət uğrunda fəda edən lider olub, Heydər Əliyev isə şəxsi sayılacaq bütün mənafeləri üçün Vətəni və milləti fəda edən lider olub.
-Rəsulzadə üçün azərbaycanlıların ləyaqəti və qüruru vaz keçilməz dəyər olub, Heydər Əliyev üçün öz hakimiyyəti və imtiyazları vaz keçilməz dəyər olub, bu məqsəd üçün də azərbaycanlıların qürurunu sındırmağa nəinki hazır olub, bütün inzibati və siyasi karyerası boyu bu işlə məşğul olub.-Rəsulzadə üçün azərbaycanlıların ləyaqəti və qüruru vaz keçilməz dəyər olub, Heydər Əliyev üçün öz hakimiyyəti və imtiyazları vaz keçilməz dəyər olub, bu məqsəd üçün də azərbaycanlıların qürurunu sındırmağa nəinki hazır olub, bütün inzibati və siyasi karyerası boyu bu işlə məşğul olub.
-Rəsulzadənin istinad etdiyi ictimai-siyasi dəyərlər dünyanın gələcəyidir, Heydər Əliyevin istifadə etdiyi dəyərlər isə dünyanın keçmişidir.
Bu qədər açıq müqayisə və aşkar üstünlüklər varkən, bəs, niyə İlham Əliyev Rəsulzadəni Azərbaycan tarixindən çıxara biləcəyini güman edir. Çünki, eynən atası Heydər Əliyev kimi düşünür, onun ölçüləri ilə yaşayır, onun kimidir. Yəni, əgər İlham Əliyev anlasa ki, Rəsulzadəni Azərbaycan xalqının gözündən salmaq mümkün olmayacaq, anlasa ki, Rəsulzadənin tarixdəki rolunu təhrif etmək, aşağılamaq mümkün olmayacaq, Rəsulzadəyə qarşı hikkənin başını buraxıb, ən azı, görməzdən gələrək, sadəcə, öz korrupsiyası ilə məşğul olar.
Ən pisi də budur ki, İlham Əliyev bunu anlamır və ona gəlir ki, onun sözü Azərbaycanda ictimai fikrə təsir göstərə biləcək çəkiyə malikdir. O, elə bilir və bu da sonuncu Əliyevin tarixə və ictimai rəyə anlaqsız münasibətinin göstəricilərindən biridir.
İlham Əliyev elə bilir ki, rəsmən və zorla kultlaşdırma yolu ilə tarixə kimlərinsə obrazını müqəddəslər kimi soxuşdurmaq olar. Bu da onun tarixdən və ideologiyalardan anlaq səviyyəsidir. Bu anlaq səviyyəsində dirənib xalqın Məhəmməd Əmin Rəsulzadəyə gündən- günə, ildən- ilə artan sevgisinin həsədi qarşısında hirslənir- hikkələnir və buna görə də hər il bu hirsi bir az da qabarıq səviyyədə ifadə etməklə tarixlə qeybətləşməyə cəhd edir. O, görür ki, dərk edir ki, Heydər Əliyevə qarşı ictimai simpatiya yoxdur, amma elə bilir ki, inzibati metodlarla bu müqayisə predmetini məhv edib sıradan çıxarmaq olar. Gerçəkdən, onun sosialogiyadan anlayışları bu qədər primitivdir.
O, fərqindədir ki, azərbaycanlılar zorla ictimai rəyə dürtülən Heydər Əliyev obrazını rədd edib Məhəmməd Əmin Rəsulzadə obrazını qəbul edirlər, bu tendensiyanı müşahidə etdikcə azərbaycanlılara nifrəti də ildən- ilə artır.
Və o, indi Azərbaycan prezidentidir.
"Hökumətimiz 28 Maya və quruculara, xüsusən də Məhəmməd Əmin Rəsulzadəyə heç də xoş münasibət bəsləmir"

Parlamentin oktyabrın 11-də keçiriləcək iclasında Azərbaycanın iki dövlət bayramının – Respublika və Müstəqillik günlərinin adlarının dəyişdirilməsi ilə bağlı layihəni müzakirə edəcək. Layihə müəllifləri Respublika Gününü (28 may) Müstəqillik Günü, Müstəqillik Gününü (18 oktyabr) isə Müstəqilliyin Bərpası Günü adlandırmağı təklif edirlər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, bayramların adının dəyişdirilməsinin arxasında hər hansı pis niyyətin olması ilə bağlı fikirlər cəfəngiyatdır: "28 may 1918-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşub, müstəqil dövlət kimi fəaliyyətə başlayıb. Həmin gün başlanan bu müstəqillik iki il sonra bolşeviklərin işğalı nəticəsində sona çatıb. 1991-ci ildə (18 oktyabr) isə biz yenidən, bu dəfə əbədi olaraq müstəqilliyə qovuşmuşuq".

Deputat xatırladıb ki, Azərbaycan məhz 1991-ci ilin oktyabrında qəbul olunan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə özünü 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyətinin varisi elan edib: "Bu məntiqlə yanaşsaq, bu müstəqillik olmasaydı, hansı respublikadan söhbət gedə bilərdi? Azərbaycan Sovet Sosialist Respublikası da var idi. Ancaq o müstəqil deyildi".
Cəmil Ünal: 'Azərbaycanda Rəsulzadə düşmənçiliyi davam edir'

"Daha doğrudur"
Komitə üzvünün fikrincə, mayın 28-ni Müstəqillik Günü kimi qeyd etmək daha məntiqli, tarixi və doğrudur: "1991-ci ildə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu da, əslində, Müstəqilliyin Bərpası Günü kimi qeyd olunmalıdır. Müstəqillik 1918-ci il mayın 28-dən başlayır və həmin gün tarixə belə də düşməlidir".

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli isə bildirib ki, 1918-ci il mayın 28-də Respublikanın (Cümhuriyyətin) elan edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi: "Buna görə həmin gün millətimizin tarixinə Respublika Günü kimi daxil olmuşdu. İndi onun adını dəyişdirib Müstəqillik Günü qoymaq istəyirlər. Səbəbsiz deyil".

"Respublikanın alternativi monarxiyadır"
Onun sözlərinə görə, Azərbaycanda 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilib: "İndi nə baş verib ki, "respublika" ifadəsindən imtina edirlər? Respublikanın alternativi monarxiyadır. "Respublika" sözünün mənası xalqa xidmət deməkdir. Faktiki olaraq Əliyevlər özlərinə, öz ailələrinə xidmət edir, ölkənin sərvətlərini şəxsi varlanmaq subyektinə çevirir, ofşor krallığı yaradıblar".
C.Həsənli

"Bir ailənin əbədi idarəçiliyinə hüquqi zəmin yaratdılar"
C.Həsənlinin fikrincə, milləti ailə monarxiyasına adaptasiya etmək istəyirlər: "Bir şəxsin ömürlük prezidentliyinə qoyulan məhdudiyyətləri də addım-addım bu formada qaldırıb ömürlük bir şəxsin idarəçiliyinə yol açdılar. Bir ailənin əbədi idarəçiliyinə "hüquqi" zəmin yaratdılar. 28 May ölkəmizin taleyində və tarixində respublika üsul idarəsinin doğuşu günüdür, Respublikanın ad günüdür, təvəllüd tarixidir. İndi ölkəni bu tarixdən məhrum etmək istəyirlər. "Respublika" ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər".

"Babalarımız məhz Qərb tipli bir respublika qurmağa üstünlük verdilər"
Siyasi şərhçisi Şahin Cəfərli də hesab edir ki, sözügedən son layihə yanlışdır. O, AzadlıqRadiosuna bildirib ki, mayın 28-nin Respublika Günü və bayramı kimi qeyd edilməsi daha doğru olardı: "Çünki həmin tarixdə məhz demokratik və dünyavi Azərbaycan dövlətinin qurulduğu elan olunub. Yəni, hansısa padşah, sülalə rejimi qurulmayıb, hansı ki, bunu da edə bilərdilər. Amma qurucu babalarımız məhz Qərb tipli bir respublika qurmağa üstünlük verdilər".Ş.Cəfərli

Ekspert bu məsələdə xoş niyyət görmədiyini deyir: "Məlumdur ki, bizim indiki hökumətimiz 28 Maya və quruculara, xüsusən də Məhəmməd Əmin Rəsulzadəyə heç də xoş münasibət bəsləmir və bir az qısqanclıqla yanaşırlar. Düşünürəm ki, həmin dəyişiklik təklifi də məhz o qısqanclıqdan irəli gələn bir məsələdir".

Bu mövzu hazırda sosial şəbəkələrdə, cəmiyyətdə də geniş müzakirə edilir. Bu mövzuda AzadlıqRadiosuna danışan sadə insanlardan biri elə belə də dedi: "Nə şirin sözdür - respublika".скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN