SON DƏQİQƏ

Azərbaycan xalqı Azad yaşamalıdır!

Tarix:11-02-2022, 12:03

AXCP sədri Əli Kərimli

Əliyev rejimi repressivdir, acgözdür, hüquq saymır. Ailə hakimiyyəti əbədilik iddiasındadır. Ancaq bu o demək deyil ki, onlar istədiyinə nail olacaq. Axı xalq olaraq biz də zəif, qorxaq, müti deyilik. Sovet İttifaqı hələ sağikən 1988-ci ildə Bakıda keçirdiyimiz 18 günlük oturaq mitinqi xatırlayaq, 20 Yanvar kütləvi qəhrəmanlığını xatırlayaq, Qarabağ savaşlarında kütləvi qəhrəmanlıq nümayiş etdirmiş 10 minlərlə igidimizin kütləvi şücaətini xatırlayaq. Əliyevlər hakimiyyəti dövründə repressiya maşınının caynağından qürurla çıxmış minlərlə əqidəli müxalətçini, vətəndaş cəmiyyəti fəalını xatırlayaq.

Deməli, hüquq və azadlıqlar uğrunda daha böyük səfərbərlik üçün millət olaraq potensialımız böyükdür. Ancaq hələ ki, o kütləvi səfərbərlik alınmır. Və bu ilk növbədə bizim – siysiləşmiş kəsimin günahıdır. Konkret misal üzrə fikrimi izah edəcəm. Son günlər baş vermiş 2 hadisənin ölkə gündəmi ola bilməməsi məni çox məyus edir. Birincisi, bugünlərdə media azadlığına son qoyacaq media haqqında qanun qəbul olundu və ciddi etiraz dalğasına səbəb olmadı. İkincisi, “Economist Intelligence Unit (EIU)” dünyada demokratiyanın vəziyyətinə dair qiymətləndirməsini – “2021-ci il Demokratiya İndeksi”ni yaydı. Məlum oldu ki, Azərbaycan demokratiya indeksinə görə 165 ölkə içərisində 141-ci yerdə olmaqla Orta Asiya respublikaları, Əfqanıstan, Belarus kimi ölkələrlə bir sıradadır.

Ancaq etiraf edək ki, nə media azadlığının məhvinin başa çatması, nə də demokratiya indeksindəki xəcalətli yerimiz ölkədə ciddi gündəm, ictimai müzakirələrə səbəb olmadı. Bu cür taleyüklü məsələlər nəinki ölkə gündəmini zəbt etmədi, hətta hansısa təyinatlı deputatın yersiz açıqlaması və ya hansısa siyasi intriqa xəbəri qədər diqqət çəkmədi.
Nədir səbəb? Necə olur ki, cəmiyyət olaraq başa düşmürük ki, milyonlarla insanın ayrılıqda yaşadığı yoxsulluğun, ədalətsizliyin əsil səbəbi məhz azadlıqların olmamasıdır? Biz ayrıca götürülmüş bir qazinin, şəhid ailəsinin, gəncin, işsizin, xəstənin – istənilən vətəndaşın qarşılaşdığı problemə həssaslıq göstərməyə hazırıq, ancaq həmin haqsızlıqların da yoxsulluqların da, korrupsiyanın da köklü səbəbi olan hüquqsuzluq ölkəmizdə ən az diqqət çəkən məsələ olaraq qalır. Sadə, ortastatistik vətəndaşın demokratiya, insan hüquqları, media azadlığı, müstəqil məhkəmələrlə onun şəxsi problemləri arasındakı birbaşa əlaqəni görməməsi haradasa başadüşüləndir. Ancaq bu ölkədə kifayət qədər çoxsaylı siyasi sinif də formalaşıb axı. Bax həmin siyasiləşmiş təbəqə gərək çoxluq olan qeyri – siyasi təbəqənin yaratdığı trendlərin əsiri olmasın. Tiraj, bəyəndim dalınca qaçmasın. Siyasi təbəqə kütləvi dəstəyi olmayan, ancaq cəmiyyət üçün həyatı önəmli mövzuları gündəmin ilk sıralarına daşımağı bacarmalıdır. Məsələn, əgər ölkədə 100-lərlə tanınmış müxalifətçi, ictimai – siyasi fəal demokratiya indeksindəki utancverici yerimizi (reytinqimizi), siyasi məhbus və ya media haqqında mürtəce qanunu eyni vaxtda müzakirəyə çıxarıb, ictimaiyyətin diqqətini bu həssas mövzulara çəkmək istəsəydi, əlbəttə ki, həmin mövzulara ictimai maraq və diqqət artardı.

Unutmamalıyıq ki, bu ölkədə insan hüquqları, siyasi məhbus, hüquq və azadlıqların, azad seçkilərin, məhkəmə müstəqilliyinin müzakirəsi ən az reytinqli mövzular olaraq qaldıqca, böyük demokratik dəyişikliklər uğrunda kütləvi səfərbərlik də çətin olacaq. Azad olmaq üçün ilk növbədə azadlığı, hüququ, onların önəmini hamılıqla dərk etmək lazımdır. Bu həqiqəti dərk edənlər daha çox çalışmalıdırlar.Əli Kərimli: Azərbaycan xalqı bir gün ayağa qalxıb, demokratiya, azadlıq, ədalət tələb edəcək

O, seçkilərdən əvvəl belə Xalq Cəbhəsi və Milli Şuranın ölkədə demokratik seçki keçirilməsi üçün heç bir şərait olmadığını bəyan etdiyini deyib.

Əli Kərimli bildirib ki, siyasi azadlıqlar çox kəskin şəkildə azaldılıb, faktiki ləğv edilib, ölkədə 100-ə yaxın siyasi məhbus var.

Müxalifət partiyasının sədri siyasi partiyaların mövcudluğunun formal xarakter daşıdığını, Azərbaycanın birpartiyalı sistemə keçdiyini və bütün hakimiyyətin dövlət başçısının əlində cəmləşdiyini deyib.

Siyasi azadlıqlar çox kəskin şəkildə azaldılıb, faktiki ləğv edilib
Cənab Kərimli hökumətin islahat tələbinə məhəl qoymadığı üçün müxalifət partiyalarının seçkiləri boykot etdiyini xatırladıb.

AXCP sədri milyonlarla azərbaycanlının ölkədə parlament seçkiləri keçirildiyindən xəbərdar olmadığını əminliklə dilə gətirib.

Onun fikrincə, seçkilər saxtalaşdırma şəraitində keçirilib və parlament xalq tərəfindən seçilməyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının Milli Məclisə seçkilərin ölkənin “Seçki Məcəlləsi”nə uyğun keçirildiyini deməsinə AXCP-nin sədri münasibət bildirərkən deyib ki, Avropa Şurasından bir sıra deputatın Azərbaycan hökumətindən rüşvət aldığı məlum olduqdan sonra cəmiyyətdə bu adamların utancaqları, hökumət adamları ilə aralarına məsafə qoyacaqlarına dair gözlənti var idi.

“Amma görünür ki, maddi nemətlər əldə etmək, Azərbaycan hökuməti vasitəsi ilə varlanmaq meyilləri Avropada bir çoxlarına qalib gəldi.”

Lakin müşahidə missiyasından fərqli səslərin də eşidildiyini vurğulayan Əli Kərimli məhz bu fərqli səslərə inanılacağına ümid etdiyini bildirib.

Azərbaycan hökuməti vasitəsilə varlanmaq meyilləri Avropada bir çoxlarına qalib gəldi
Ölkədə seçkilərin nəticələrinə ictimai reaksiya barədə nöqteyi-nəzərini bildirən AXCP-nin sədri deyib ki, hamı başa düşür ki, heç bir qələbə olmayıb.

“Seçki komissiyaları və dövlət məmurları saxta yolla bu qələbəni təmin ediblər.”

Azərbaycanın siyasi gələcəyinə nikbinliklə baxan Əli Kərimli hazırkı rejimin bir müddət davam gətirmək imkanına malik olduğunu deyib.

“Xalqın dəstəyi olmadan avtoritar rejimə qalib gəlmək mümkün olmayacaq. Artıq Azərbaycan cəmiyyətində bunu başa düşmək hissləri günü-gündən güclənir. Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan xalqı bir gün hamılıqla ayağa qalxıb, demokratiya, azadlıq, ədalət tələb edəcək. Azərbaycanda demokratiya bərqərar olacaq,” deyə AXCP sədri Əli Kərimli bildirib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN