SON DƏQİQƏ

Azərbaycan Demokratiyaya görə 141-ci yerdədir.

Tarix:10-02-2022, 15:47

2021-ci ildə əhalinin narazılığı güclənib, bu ölkələrin rejimləri isə buna repressiv siyasətlə cavab veriblər

Dünya əhalisinin 50 faizindən də azı demokratiyanın hansısa formasının mövcud olduğu ölkədə yaşayır. 2021-ci ildə “avtoritar rejim” kimi təsnif edilən ölkələrin sayı artıb.

Fevralın 10-da “The Economist Group”un tədqiqat və təhlil bölməsi olan “Economist Intelligence Unit (EIU)” dünyada demokratiyanın vəziyyətinə dair qiymətləndirməsini – “2021-ci il Demokratiya İndeksi”ni yayıb. İndeks 165 müstəqil ölkəni və iki ərazini əhatələyir.

Yenə Skandinaviya ölkələri

Norveç 9.75 balla dünyada demokratiyaya görə yenə birincidir. Skandinaviya ölkələri ilk altı yerdən beşini tutublar.

İspaniya məhkəmələrin müstəqilliyi üzrə zəif bal yığdığına görə “tam demokratiya”dan “qüsurlu demokratiya” qrupuna düşüb.

Şərqi Avropada hələ də “tam demokratik” ölkə yoxdur. Amma bu regionda üç ölkə “qüsurlu demokratiya” qrupundan “hibrid rejimlər” qrupuna düşüb.

Birləşmiş Ştatlar (26), Çexiya (29) kimi ölkələr qüsurlu demokratiya hesab olunub.

2020-ci ildə dünyanın demokratiya indeksi 5.37 idisə, ötən il 5.28-ə düşüb. Qurum qeyd edir ki, dünya üzrə ortalama qlobal balda bir il öncəylə müqayisədə kəskin azalma yalnız bir dəfə, 2010-cu ildə – qlobal maliyyə böhranından sonra qeydə alınıb.

Azərbaycanın balı dəyişməyib

Azərbaycan indeksdə Rusiya, Orta Asiya ölkələri, Belarus, İran, Əfqanıstanla bir sırada – avtoritar rejimlər qrupunda yer alıb. Ölkənin ümumi balı 2.68-dir, 141-ci pillədədir.

Ölkədə seçki prosesi və plüralizmin vəziyyəti 0.50, hökumətin işləkliyi 2.50, siyasi iştiraklılıq 2.78, siyasi mədəniyyət 5.00, vətəndaş azadlıqları isə 2.65 balla dəyərləndirilib.

Hesabatda deyilir ki, Azərbaycan, Tacikistan və Türkmənistanın balı keçən ildəki kimi qalıb. 2021-ci ildə əhalinin narazılığı güclənib, bu ölkələrin rejimləri isə buna repressiv siyasətlə cavab veriblər. Nəticədə qeyri-demokratik təcrübə, narazılığın istənilən formada boğulması güclənib. Rusiyada isə parlament siyasi plüralizmi və medianın müstəqilliyini daha da məhdudlaşdırıb.

Azərbaycan rəsmiləri bir qayda olaraq, ölkədə demokratiyanın, insan haqlarının durumuyla bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etmir, onları qərəzli mövqe tutmaqda suçlayır. Hakimiyyət ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

Qonşular

Qonşulardan Ermənistan (89) və Gürcüstan (91) hibrid rejimlər sırasındadır.

Hesabatda Ermənistanın 2020-ci illə müqayisədə balını 0.14 vahid yaxşılaşdırdığı, 5.49 bal yığdığı qeyd edilir. O da vurğulanır ki, 2021-ci ilin vaxtından əvvəl parlament seçkisində baş nazir Nikol Paşinyan və onun Vətəndaş Müqaviləsi partiyasının qələbəsi 2020-ci ildəki geriləmədən, Azərbaycanla müharibədən sonra ölkəyə müəyyən sabitlik gətirib. Bu isə hökumətə demokratik islahat proqramını davam etdirmək imkanı verib.

“Ancaq balın yüksəlməsinə baxmayaraq, Ermənistanda demokratiyanın vəziyyəti sarıdan narahatlıq qalır. Məhkəmələrin müstəqilliyi sual doğurur, müxalifət təcrid edilir”, – qurum bildirir.

2020-ci ildə Azərbaycan 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.
İlk və son beşlik

İlk beşliyi Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Kanada tutur.

Son beşlikdə (163-167) isə Çad, Suriya, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Şimali Koreya yer alıb.

Azərbaycan “avtoritar” rejimlər kateqoriyasına düşüb. Bu sıraya Rusiya, Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan və Türkmənistan kimi ölkələr salınıb.

Azərbaycan hakimiyyəti isə ölkədə demokratiyanın vəziyyəti ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, ölkədə təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Gürcüstan, Ermənistan, Qırğızıstan, Ukrayna hibrid rejimlər kateqoriyasındadır.

Çexiya, Macarıstan qüsurlu demokratiya hesab olunub.
ABŞ Prezidenti Jozef Baydenin dekabrın 9-10-da keçirməyi planlaşdırdığı virtual Demokratiya Sammitinə bir neçə həftə qalıb.

Gununsesi.info xəbər verir ki, “Politico”dərgisi noyabrın 3-də həmin sammitə dəvət olunan ölkələrin siyahısını yayımlayıb.

Cənubi Qafqaz ölkələrindən Azərbaycan istisna olmaqla Ermənistan və Gürcüstan bu sammitə dəvət alıb.

Bəzi müşahidəçilər bunu Azərbaycanda insan hüquqlarının durumu ilə izah edir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info-ya açıqlamasında Azərbaycanın bu mötəbər tədbirdən kənarda qalmasını şərh edib.

Zahid Orucun sözlərinə görə, hər üç Cənubi Qafqaz ölkəsində insan haqlarının durumu arasında paralellik aparılıbsa, burada qeyri-obyektivliyə yol verilib: “Ermənistan istisna olmaqla, digər qonşumuz Gürcüstanın uğurlarına sevinirik. Bu gün Amerikanın layihəsinin başında duran Saakaşvili həbsdədir. Həbsdə olan şəxs o adamdır ki, Amerikanın partnyorudur və inqilabi layihəsinin lideridir. Saakaşvili Gürcüstanda ciddi demokratik islahatlara imza atan lider kimi bu gün də sevilir. Ancaq “Demokratiya Sammiti”ndə ölkə seçilərkən, bu amil nəzərdən qaçmamalı idi. Demək ki, burada insan haqları, demokratiyanın real durumu əsas rol oynamır. Burada seçim gepolitikdir, yəni, daha artıq dərəcədə Türkiyəyə Azərbaycana və digər dövlətlərə təsir etmək, onu diktə altında saxlamaq, yönləndirmək, region ölkələrinə qarşı onu yönləndirmək mümkün olmayanda mütləq bu cür xarakterli məsələlər meydana çıxır”.

Zahid Oruc deyir ki, insan haqları ətrafında müxtəlif problemləri ən müxtəlif səviyyələrdə müzakirə etmək mümkündür: “İstər Dövlət Departamenti ilə, istərsə də elə qeyd etdiyimiz digər təşkilatlarla bunu müzakirə etmək olar. Mən İnsan Hüquqları Komitəsinin sədri kimi bunu məsuliyyətlə bəyan edirəm. Dövlət rəhbərimiz Vətən müharibəsinin gedişində “Freedom House”, “Amnesty İnternational” kimi ziddiyət yaşadığımız təşkilatların nümayəndələrinə çağrış etdi. Prezidentin bu çağrışına reaksiya da müsbət oldu. Yəni, deməyim odur ki, Azərbaycan keçmişdə olanları bir kənara qoyub, bu kimi məsələləri müzakirə etməyə hazırdır”.

Komitə sədrinin fikrincə, Azərbaycanın beynəlxalq aləmdə imicinin müsbət olmasında əsas amillərdən biri də lobbiçilik fəaliyyətidir: “Şübhəsiz ki, beynənlxalq məkanda lobbi mərkəzləri ilə fəal bir şəkildə işləmək də çox vacib və önəmli yer alacaqdır. İlham Əliyev 2019-cu ildən yeni hakimiyyət qurur. Məhz bunu belə adlandırırıq. Çünki, bu öz özlüyündə yalnız hansısa bir hakimiyyət qolunda aparılan kadr dəyişikliyi deyil. Hər üç hakimiyyət qoluna sistemli, strateji, hərtərəfli yanaşma sərgilənir. 2020- ci ilin həm bu bəşəri problem dönəmində, həmçinin də Vətən müharibəsi zamanı bütün hakimiyyət qollarının dövlət rəhbərinin başçılığı altında bir saat mexanizmi kimi işləməsini gördük. Vətən müharibəsindəki qələbədən sonra biz bu siyasi islahatların ölkə rəhbərinin elan etdiyi kursla daha da intensiv gedəcəyinə əminik. Ona görə də qalib bir ölkəni dünyada ərazi bütövlüyü kimi millətlərin fundamental suveren haqlarını görmədən, on illər ərzində onların ləyaqət uğrunda,insan haqları uğrunda apardığı mübarizəni qiymətləndirmədən, onu xüsusi kateqoriyalarda dünyadaki təhlükəsizliyə verilən töhvə kimi separatizmin aradan qaldırılmasının bəşəri bir müsbət hadisə olduğunu vurğulmadan bizi hansısa mötəbər tədbirlərdən kənarda qoymaq uğursuz siyasətdir. Hansısa bir daxili hikkələrinə görə Azərbaycan hakimiyyətini hansısa bir tədbirlərə dəvət etməmək, hesab edirik ki, Amerikanın özünün obyektivliyini şübhə altında qoyur”.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN