SON DƏQİQƏ

Niderland hökuməti istefa verir

Tarix:15-01-2021, 22:19

Niderlandın baş naziri Mark Rüttenin başçılıq etdiyi hökumət tam tərkibdə istefaya yollanır.

Sonxeberler.info Trend-ə istinadən bildirir ki, bu qərar ölkədə uşaqlara qayğı üçün verilən müavinətlərlə əlaqədar yaranan qalmaqal səbəbi ilə verilib.

M.Rüttenin istefa ərizəsini kral Villem-Aleksandra təqdim etməsi gözlənilir.

Qeyd edək ki, bir müddət Niderland Vergilər Xidmətinin səhvinə görə, uşaqlar üçün müavinət alan insanlar fırıldaqçı hesab olunub və onlardan alınan müavinətlərin büdcəyə qaytarılması tələb olunub. Daha sonra bunun texniki səhv olduğu üzə çıxıb.


Sonxeberler.infoскачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN