SON DƏQİQƏ

Ağ Ev ABŞ-ın müdafiə büdcəsini artırmağı təklif edib

Tarix:11-02-2020, 15:32

ABŞ administrasiyası 2021-ci il üçün müdafiə büdcəsini artırmağı təklif edib.

Trend xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini vəzifəsini icra edən Eleyn Makkasker deyib.

E.Makkasker bildirib: "Prezident tərəfindən Müdafiə Nazirliyi üçün istənilən büdcə 740,5 milyard dollar təşkil edir".

Bildirilir ki, bu məbləğdən 69 milyard dolları xarici ölkələrdə hərbi əməliyyatların keçirilməsi üçün nəzərdə tutulur.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN