Avropa Birliyi və Böyük Britaniya hökuməti arasında ada dövlətinin İttifaqdan çıxması, yəni “Breksit” ilə bağlı razılıq, nəhayət ki, əldə olunub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan Klod Yunker bəyan edib.
Lüksemburqlu siyasətçi gəlinən sazişdən məmnuniyyətini “iradənin olduğu yerdə, razılışma da var” cümləsi ilə ifadə edib.
“Bu, həm Avropa İttifaqı, həm də Birləşmiş Krallıq üçün ədalətli və balanslaşdırlımış sazişdir. Mən Avropa Birliyi zirvəsini (dövlət və hökumət başçıları şurası-red.) həmin anlaşmanı təsdiq etməyə çağırıram”,-deyə Jan Klod Yunker Tvitter hesabında yazıb.
Böyük Britaniya baş naziri Boris Conson da informasiyanı təsdiqləyərək ölkə parlamentinin bəhs edilən sənədi bu ayın 19-da dəstəkləməsinin vacib olduğunu vurğulayıb.