SON DƏQİQƏ

Rusiyada ata evi yandırıb, üç uşaq yanaraq ölüb

Tarix:15-02-2018, 12:13

Rusiyanın Samara vilayətinin Lozovka kəndində yaşayış evində yanğın baş verib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 uşaq ölüb. Daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Yanğın zamanı evdə ümumilikdə 7 uşaq olub. Onlardan 4-ü xilas ola bilib.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsindən bildiriblər ki, ilkin ehtimala görə, yanğın qəsdən törədilib.

Hadisədə şübhəli bilinən uşaqların atası saxlanılıb.

O yanğını qəsdlə törətdiyini etiraf edib. 25 yaşlı ata bildirib ki, sərxoş vəziyyətdə evi və əşyaları yandıraraq qaçıb. O bu əməli hansı səbəbdən törətdiyini açıqlamayıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN