SON DƏQİQƏ

Filippin prezidenti hərbçilərə əmr verdi: "Konstitusiyanı pozsam, məni güllələyin"

Tarix:23-01-2018, 14:51

Filippin prezidenti Rodriqo Duterte hərbçilərə tapşırıb ki, “əgər konstitusiyanı pozsam və hakimiyyətdə daha üzün müddət qalmağa çalışsam, məni güllələyin”.

Trend-in məlumatına görə, Filippin rəhbəri bunu hakimiyyətdə 2022-ci ilə qədər qalmaq üçün konstitusiyaya dəyişikliklər edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

R.Duterte bildirib: “Hakimiyyətdə müəyyən olunmuş müddətdən artıq qalsam və diktatora çevrilsəm, məni güllələyin, zarafat etmirəm. Əgər prezidentlik müddətimi bir gün belə uzatsam, Filippin Silahlı Qüvvələri və polisini konstitusiyanı qorumağa çağırıram".

Qeyd edək ki, R.Duterte 2016-cı ildə prezident seçilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN