SON DƏQİQƏ

Qırğızıstanda 4 müəllim və 100-ə yaxın məktəbli dəm qazından zəhərlənib

Tarix:28-12-2017, 15:56

Qırğız Respublikasının şimalında yerləşən Keget kəndində yüzə yaxın məktəbli və 4 müəllim dəm qazından zəhərlənib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

İnformasiyaya əsasən, Çuy vilayəti Kəget kəndində 7-8-ci sinif şagidrləri təhsil aldıqları məkətbin idman zalında diskoteka təşkil ediblər. Tədbir zamanı elektrik enerjisi kəsildiyindən generatorundan istifadə ediblər. Bu isə zalda dəm qazının yaranmasına səbəb olub. Zəhərlənən məktəblilərdən 6-sının vəziyəti ağırdır. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Çuy Ərazi xəstəxanasının direktoru Nurbek Abdraxmanov bildirib, hospitala 4-ü müəllim olmaqla 75 nəfər gətirilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN